Gəncədə qonşuların davası zamanı yaşlı qadın qolundan bıçaq xəsarəti alıb.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Şəhər sakini - 1950-ci il təvəllüdlü Telli Rzayeva qolunun kəsilmiş yarası və 1987-ci il təvəllüdlü İlahə Pirverdiyeva barmağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal hər iki xəstəyə yardım edilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, xəsarət alan hər iki şəxs qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov