“Qalatasaray” komandasının baş məşqçisi Okan Burukun gələcək planlarına daxil olmayan Kərəm Dəmirbay klubdan ayrılmaq üzrədir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Eyüpspor”la anlaşıb.

O, İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kərəm Dəmirbay ötən mövsüm “cim-bom” forması ilə 34 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.