Milli Şuraya İbrahimbəyov xəyanəti
23:57 07-09-2013
İQTİSADİYYAT
Milli Şuraya İbrahimbəyov xəyanəti
Lalə Şövkət Milli Şuradan çıxıdı, günahkar İsa Qəmbər göstərilir
Milli Şura ciddi sınaq qarşısındadır. Daha doğrusu parçalanmanın astanasındadır. Belə ki, Milli Şuranın son toplantısını "El" hərəkatı və ALP baykot etdi və aydın oldu ki, həmin vaxt adı çəkilən iki qurum "Şuşa" restoranında alternativ toplantı keçirib və toplantıda qərara alınıb ki, seçkilərdə vahid namizəd Cəmil Həsənliyə yox, İlqar Məmmədova səs versinlər.
Əslində Rusiya projesini həyata keçirtməyə çalışan hər iki təşkilat, Rüstəm İbrahimbəyov variantından AXCP və Müsavatın imtina etməsinə görə narazı qalmışdılar və istənilən yolla nüfuzlarını yenidən bərpa etmək üçün müxtəlif variantlara əl atmışdılar. Bunu da qeyd edək ki, Milli Şuranın Cəmil Həsənli seçimindən sonra ilk növbədə Rüstəm İbrahimbəyov narazılığını dolayı yolla ortaya çıxartmışdı və bəyan etmişdi ki, İlqar Məmmədova prezident seçkilərində dəstək olmaq vacibdir. Hazırda isə həmən proses davam edir. Amma bu dəfə daha gərgin şəkildə. Belə ki, ALP lideri Lalə Şövkət Hacıyeva bəyanat verərək Milli Şura ilə yollarının ayrıldığını bildirib. "Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazova müraciət etmişəm və bildirmişəm ki, ALP Milli Şurada Lalə Şövkəti başqa üzvümüzlə əvəz etmək istəyir. Bu Lalə xanımın öz iradəsidir və Milli Şurada əvəz olunmağını xahiş edir". Bunu Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan deyib.Partiya sədri bildirib ki, məsələni Eldar Namazovla birgə müzakirə edib."Biz fikirləşirdik necə edək ki, Milli Şuraya zərbə dəyməsin. Amma bu gün Səxavət Soltan əslində öz adından yox, İsa Qəmbərin adından Lalə Şövkətin Milli Şuradan çıxarılmalı olduğunu deyib. Çünki Milli Şurada aranı qarışdıran İsa Qəmbərdir.Şurada siyasi liderlərdən birinin seçkiyə getməsinə imkan verməyən də Müsavat başqanı idi. Lalə Şövkət Milli Şuranın yeritdiyi siyasətə dəstək olaraq üzvlüyə razılıq verib. Əslində isə Lalə Şövkət əvəz olunmasını çoxdan istəyirdi. Biz hesab edirdik ki, indiki vaxtda mətbuata çıxartmaq və seçkilərə qədər bunu etmək Milli Şuranın imcinə xələl gətirə bilər. Ona görə də gözləyirdik. Əgər İsa Qəmbərin müşaviri belə danışırsa, Milli Şuranın nüfuzuna zərbə vurur, həm də Cəmil Həsənlinin seçkiqabağı təbliğatına zərbə vurur.Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə belə söhbəti üzə çıxarırsa babalı onun boynuna", - deyə Ə. Temirxan sərt mövqeyini bildirib. Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı gözlənilməz tələblə çıxış edib.S.Soltanlı açıqlamasında ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb edib. Müsavat başqanının müşaviri bildirib ki, L.Şövkət bu günə qədər şəxsən özü Milli Şuranın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla çıxış etməyib.Bunu da qeyd edək ki, artıq bu problem "Azadlıq" qəzeti ilə "Yeni Müsavat",daha doğrusu AXCP ilə Müsavat partiyası arasında da yaşanır. Belə ki, "Azadlıq" qəzetində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sərt tənqid olunub. Rauf Arifoğlunun cavabı isə daha kəskin olub. R. Arifoğlu Facebook səhifəsində "Azadlıq" qəzeti haqqında yazıb:-" "Azadlıq" qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb, adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazmışam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başalayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur", deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək", yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkilərə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Biz onun yanında və dəstəyindəyik. Rəsul Quliyev yox! Biz Cəmil bəyə keyfiyyətli informasiya dəstəyi verir - EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - İlqar Məmmədovu dəstəkləyəcəyik. Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat gedir ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərində hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir".
Beləliklədə Milli Şurada parçalanma qaçılmaz oldu və yaxın günlərdə bunun daha ciddi fəsadlarının şahidi olacağıq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40