Günlərdir Azərbaycan-Rusiya arasında gərgin münasibətlərə səbəb olan Yekaterinburqdakı hadisələri törədən polislərin kimliyi məlum olub. 

"Unikal" xəbər verir ki,  bu barədə “Evocation” teleqram kanalı məlumat yayıb. 

Rus "hüquq-mühafizə" orqanlarının kobud şəkildə Yekaterinburqda soydaşlarımıza qarşı keçirdiyi əməliyyat iki nəfərin ölümünə səbəb olub. Azərbaycanlıların qətlinə görə məsuliyyət daşıyan Rusiyanın Yekaterinburq şəhərinin polislərin kimliklərini təqdim edirik. 

- Polis mütəşəkkil cinayətkar qrupunun rəhbəri 25.09.1984-cü il təvəllüdlü polkovnik Viktor Poznyakdır;

- Onun müavini və istintaq idarəsinin rəisi 10.02.1981-ci il təvəllüdlü polkovnik Nikolay Poçayevetsdir;

- Poznyakın digər müavini polkovnik-leytenant 10.06.1984-cü il təvəllüdlü Rafael Xamidulindir;

- Poznyakın kadrlarla iş üzrə müavini 17.01.1990  Alexander Smirnıxdır. 

Sözügedən şəxslər ölümcül nəticəyə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər saxlanılıb. 

Gülayə Mecid