Almaniyanın “Bayer” klubu İngiltərənin “Liverpul” komandasının futbolçusu Carell Kuansanı transfer edib.

"Unikal" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Leverkuzen klubu bu transfer üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 2023-cü ildən “Liverpul”un formasını geyinən Carell Kuansa bu komanda ilə ümummilikdə 57 matçda iştirak edib.