Suriyaya hücum planı işə düşür
00:00 08-09-2013
İQTİSADİYYAT
Suriyaya hücum planı işə düşür
Bəşər Əsədin xalqına qarşı kimyəvi silah tətbiq etdiyi barədə yeni faktlar əldə edildi
İnfiltərənin baş naziri Deyvid Kameron Dəməşq ətrafında kimyəvi qazlardan istifadə ilə bağlı ölksinin əlində yeni sübutların olduğunu açıqlayıb. Rusiyada təşkil edilən "G-20" zirvə toplantısında iştirak edən baş nazir "BBC"-yə verdiyi açıqlamada sübutların loborotoriyada araşdırıldığını qeyd edib.
Kameron əlavə edib: "Hər ötən gün sübutların artdığını düşünürəm. İngiltərədəki "Porton" loborotoriyasında nümunələri araşdırırıq. Bu nümunələr Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edildiyini göstərir".
Kameron İngiltərə Parlamentinin Suriyaya müdaxiləyə "yox" qərarından sonra ölkəsinin bu məsələdə rolunun azalmadığını bəyan edib.
Bu arada məlum olub ki, Rusiya prezidenti Vladimir Putin "G-20" liderləri ilə şam yeməyi və Peterqofda təqdimat mərasiminin sonuna yaxın Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüş keçirib. "Ria-Novosti"nin verdiyi xəbərə görə, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov onların Suriya məsələsini müzakirə etdiklərini bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Putin və Kemeron, ikitərəfli münasibətlərin inkişaf dinamikasından bəhs edərək, münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildiriblər.
Suriya xarici işlər naziri Moskvaya səfər edəcək
Suriyanın Xarici İşlər Naziri Vəlid Müəllim isə gələn həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Rusiya Xarici İşler Nazirliyindən verilən məlumata görə suriyalı nazirin Moskvada rus həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Açıglamada iki ölkə nazirlərinin Suriyada son vəziyyəti müzakirə edəcəyi ifadə edilib.
Ekspertlər Suriyalı nazirin Moskvada "Əgər ABŞ Suriyaya hücum edərsə Moskvanın onu hara qədər dəstəkləməyə davam edəcəyi" sualına cavab axtarmağa çalışacağını deyirlər.
Rusiyadan Aralıq dənizinə göndərilən gəmilərlə
bağlı açıqlama
Rusiyadan, Aralıq dənizinə göndərilən döyüş gəmiləri ilə bağlı açıqlama gəldi. Xarici KİV-in verdiyi xəbərə görə, gəmilərin göndərilmə səbəblərini açıqlayan Kremlin nümayəndəsi Sergey İvanov, Aralıq dənizi donanmasının Suriyada yaşayan vətəndaşlarını evakuasiya etmək üçün gücləndirildiyini söyləyib.
Srağagün axşam Peterburqda keçirilən "G-20" sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən S.İvanov bildirib ki, Rusiyanın, Qara dəniz donanmasına aid gəmilərini Aralıq dənizinə göndərilməsi yeni hadisə deyil: "Bu gəmilərin Aralıq dənizinə getməsi ilk dəfə baş vermir. Mən Müdafiə naziri işləyəndə də, bu vəziyyət hər ay reallaşırdı".
Suriyada baş verən kimyəvi silahdan istifadə hadisəsini şərh edən İvanov qeyd edib ki, bu ölkədə kimyəvi silah hücumunun Əsəd gücləri tərəfindən həyata keçirilməsi heç bir məntiqə sığmır.
ABŞ döyüş gəmisini
İsrailə göndərdi
ABŞ donanmasına məxsus "USS San Antonio" adlı döyüş gəmisi, İsrailin şimalındakı Hayfa Limanında dayanıb. İsrail mətbuatı, döyüş gəmisinin Suriya hadisələri ilə heç bir əlaqəsinin olmadığını, 3 gün davam edəcək proqram çərçivəsində Hayfaya gəldiyini bildirib.
Məlumata görə, İsrail rəhbərliyi, "USS San Antonio"nun Qüds və İsrailin şimalında araşdırma apardıqdan sonra limandan çıxacaq.
ABŞ Hərbi Dəniz Qüvvələri Suriyaya zərbə
endirməyə tam hazırdır
Aralıq dənizində olan ABŞ hərbi gəmiləri Suriyaya qarşı mümkün əməliyyata tam hazırdır. Bunu isə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyatlarının rəhbəri admiral Conatan Qrinert bəyan edib.
Məlumatda qeyd olunur ki, gəmilər "mümkün əməliyyatların geniş spektrinə", o cümlədən "Tomaqavk" qanadlı raketlərin Suriyadakı hədəflərə buraxılmasına və mümkün cavab zərbəsini dəf etməyə hazırdır.
Bəzi müsəlman ölkələr
Suriyaya qarşı
müdaxiləyə dəstək verir
Amerika Birləşmiş Ştatları Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak edəmək istəyən ölkələrin adlarını açıqlayıb. Rusiya mediasının verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözcüsü Cen Psakin mətbuat konfransındakı çıxışı zamanı bildirib.
Məlumata görə, azı 10 ölkə müharibədə iştirak edəcək. Həmin ölkələr bunlardır: Türkiyə, Albaniya, Rumıniya, Kosovo, Avstraliya, Polşa, Danimarka, Fransa, Kanada və ABŞ.
Mətbuat katibi adıçəkilən ölkələrin nəinki hərbi dəstək, istənilən yardımı göstərmək niyyətində olduqlarını qeyd edib.
Boliviya prezidenti Obamanı sui-qəsddə ittiham etdi
Boliviya prezidenti Evo Morales ABŞ prezidenti Barak Obamanı Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edib: "Problemlər heç vaxt hərbi müdaxilə yolu ilə həll edilməyib. Amma ABŞ konqresinin müdaxilə üçün razılıq verməsi ilk işğal addımıdır. Hansı ki, bu hədəfə ünvanlanıb".
Morales qeyd edib ki, ABŞ Suriyanın təbii resurslarına sahib olmaq üçün bu ölkəyə müdaxilə etməyi planlaşdırır. Prezident qeyd edib ki, Qərb ölkələri, ABŞ və Britaniya Suriyada kimyəvi silahdan istifadə olunmasını iddia edir. Bu informasiylar isə təsdiqlənməmiş məlumatlardır.
Boliviya rəhbəri əlavə edib ki, adıçəkilən ölkələr BMT-ni saymadan Suriyaya hərbi müdaxilə haqqında danışırlar.
Xatırladaq ki, ABŞ senatında komitə Suriyaya hərbi əməliyyatlar barədə qərar qəbul edib. Sənədin konqressdəki səsverməsi isə sentyabrın 9-da keçiriləcək.
ABŞ-la bağlı yaxın
tarixə dair şok "kimyəvi silah susqunluğu" faktı
Suriya diktatoru Bəşər Əsədin üsyançılarla mübarizidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ-ın Suriyayla hərbi əməliyyatlara başlaya biləcəyi bir vaxtda məlum olub ki, Birləşmiş Ştatlar administrasiyası ötən əsrin 80-ci illərində baş vermiş İran-İraq müharibəsi zamanı ikincilərin birincilərə qarşı kimyəvi silahdan istifadəsinə göz yumubmuş. Bu barədə məqalə nüfuzlu "Foreign Policy " jurnalında dərc olunub.
Məqalədə bildirilir ki, 80-ci illərin sonunda ABŞ kəşfiyyatı indi Suriyada tətbiq edildiyi iddia olunan qazdan qat-qat ağır nəticələrə gətirmiş hücumdan xəbərdar olub. Hətta İraqın o zamankı lideri Səddam Hüseynə məxsus qüvvələrə həmin vaxtadək müharibədə ciddi uğurlar qazanmış İran ordusu barədə müfəssəl məlumatlar ötürüb. Həmin məlumatlar sayəsində tətbiq edilmiş kimyəvi silah müharibədə İraqın xeyrinə dönüş yaradıb. İran İslam Respublikasının hərbçiləri əsasən əsəb-iflic yaradan qaz nəticəsində məğlubiyyətə uğradılıblar. Nəticədə İran ordusu Bəsrə yaxınlığında ağır məğlubiyyətə uğradılıb. Bununla bağlı materiallar Mərkəzi Kəşfiyyat İdarəsininin məxfi sənədlərində də əksini tapıb.
Məqalə müəllifləri bildirirlər ki, əgər həmin vaxt Səddam Hüseyn kimyəvi silaha əl atmasaydı, İraq məğlub olacaqdı və bu, Birləşmiş Ştatların prezidenti Ronald Reyqan üçün də məğlubiyyət anlamına gələcəkdi. Buna görə də ABŞ özünün 1975-ci ildə ratifikasiya etdiyi və müharibədə kimyəvi silahdan istifadəni qadağan edən 1925-ci ilin Cenevrə protokoluna əhəmiyyətsiz yanaşıb. İran İraqın ona qarşı yolverilməz üsuldan istifadə etdiyini bilib. Sadəcə məsələni isbatlamaqda çətinlik çəkib. Birləşmiş Ştatlar isə bu barədə BMT səviyyəsində keçirilməsi planlaşdırılan müzakirələri müxtəlif diplomatik vasitələrlə əngəlləyib.
Qeyd edək ki, nüfuzlu jurnalda dərc olunmuş məqalədə vaxtilə SSRİ-nin də Əfqanıstanda kimyəvi silahdan istifadə etdiyinə dair iddia yer alıb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40