Qubadlı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Qeyri-infeksiyon xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici təlim keçirilib.
"Unikal" xəbər verir ki, təlimdə giriş sözü ilə çıxış edən RMX-nın Poliklinika şöbəsinin müdiri, həkim-terapevt Hüsniyyə Adıgözəlova təlimin mahiyyətindən danışıb. Həkim - nevroloq Günay Həsənova isə qeyri – infeksiyon xəstəliklərə daxil olan damar xəstəliklərindən geniş söhbət açaraq, bu xəstəliklərin diaqnostika və müalicəsi, sağlam həyat tərzinin komponentləri, rasional qidalanma və sair mövzular barədə ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb .