UNEC rektoru professor Ədalət Muradov “Abituriyent Aylığı” çərçivəsində abituriyent və onların valideynləri ilə görüşüb.

"Unikal" xəbər verir ki, rektor iştirakçılara rəqəmsal UNEC-in tədris və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana, tələbə startaplarına dəstək, məzunların məşğulluğu və s. barədə ətraflı məlumat verib. UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyindən söz açan Ədalət Muradov bu nailiyyətlərin təhsilin keyfiyyəti ilə bağlı olduğunu qeyd edib. O, UNEC-ə keçid balının hər il yüksəldiyini diqqətə çatdırıb.

Görüşdə abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb. Sonra iştirakçılar üçün UNEC-də infotur təşkil olunub.

Qeyd edək ki, UNEC rektoru ilə növbəti görüş iyulun 11-də əsas tədris binasında olacaq. İştirak etmək üçün WhatsApp vasitəsilə 012 492 60 43 nömrəsinə yazaraq qeydiyyatdan keçmək kifayətdir.