Braziliya millisinin sabiq futbolçusu Felippe Koutinyo İngiltərənin “Aston Villa” komandasından ayrılıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Belə ki, o, “Vasqo da Qama”ya keçib.
Koutinyo ötən mövsüm icarə əsasında bu komandada çıxış edib.
Qeyd edək ki, Felippe Koutinyo “Barselona”, “Bavariya”, “Liverpul” və “İnter” kimi tanınmış klublarda oynayıb.