Bank of Baku ASC-də yeni təyinatlar olub.
"Unikal" xəbər verir ki, Emil Qaçayev Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Emil Qaçayev 2008-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə Azərbaycan Texniki Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.
O, peşəkar karyerasına 2009-ci ildə “Azəristiliktəchizat” ASC-də başlayıb. 2013-cü ildən etibarən isə bank sektoruna keçid edərək Bank of Baku ASC-də müxtəlif vaxtlarda Mikrokreditlər, Kassa, həmçinin Risklərin idarə edilməsi və Daxili nəzarət sahələrində fəaliyyət göstərib.
2020-2022-ci illərdə Monitorinq bölməsinin rəhbəri, 2022-2024-cü illərdə isə Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrini icra edib.
Qeyd edək ki, Emil Qaçayev 2024-cü ildən cari təyinatadək Bank of Baku ASC-də Daxili Audit departamentin direktorunun müavini, department direktoru vəzifələrinin icraçısı olaraq çalışıb.
Onu da bildirək ki, Bank of Baku-nun Daxili Audit departamentinin direktorunun müavini vəzifəsinə isə sözügedən departamentdə şöbə müdiri olaraq çalışan Orxan Ələskərov təyin edilib.