Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qorçu kəndində qeydə alınıb.
Belə ki, "Hovo" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Seymur Əli