İngiltərənin "Arsenal" klubu yeni transfer reallaşdırıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi heyətə qatılıb.
26 yaşlı futbolçunun uzunmüddətli müqaviləyə imza atdığı bildirilib.
Daha öncə tanınmış insayder Fabritsio Romano "topçular"ın Subimendinin keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcəyini, bu məbləğin İspaniya təmsilçisinin hesabına bur neçə dəfəyə köçürüləcəyini açıqlamışdı.
Qeyd edək ki, ötən mövsüm La Liqa klubunun forması ilə bütün turnirlərdə 48 matça çıxan İspaniya millisinin üzvü 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, yığmada 19 oyuna 2 dəfə fərqlənib.