ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.