Gəncədə qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov