ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

"Unikal" xəbər verir ki, yarımfinalın birinci matçında İngiltərənin “Çelsi” komandası Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gəlib. Rəqibinə 2 cavabsız qolla qalib gələn London təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da İspaniyanın "Real Madrid" və Fransanın PSJ kollektivləri arasında olacaq.