İngiltərənin "Liverpul" klubunun və Portuqaliya millisinin futbolçusu Dioqu Jota və qardaşı Andre Silvanın uğradığı qəzanın detalları məlum olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qardaşların həyatlarını itirdiyi qəzaya avtomobilin sürət həddini aşması səbəb olub.
İlkin hesabatda bildirilib ki, qəza zamanı sükan arxasında D.Jota olub. Hazırda hesabat tamamlanmayıb. Hadisə yerindəki izlər və dəlilləri araşdırır. Daha sonra yekun nəticə məhkəməyə təqdim olunacaq.