Daha əvvəl borcları səbəbindən Fransa Liqa 1-dən düşəcəyi gözlənilən “Lion” komandası çempionatdakı yerini qoruyub.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.
Xatırladaq ki, bir müddət öncə Lion təmsilçisinin yeni prezidenti xanım Mişel Kanq olub.
“Lion” ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.