Rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova Uimbldonda 1/4 finalda məğlub olduqdan sonra mətbuat konfransına qəribə görkəmdə qatılıb.
"Unikal" xəbər verir ki, idmançı çiyələk təsvirli papaq taxıb və əlində pivə şüşəsi olub.
"Bəli, mən bunu etdim, bu mənim dizaynımdır. Mən sadəcə panama papaqlarını çox sevirəm və çiyələk və mirvarilər Uimbldonun şərəfinədir. Onları birləşdirib hazırlamaq istəyirdim. Bəlkə tennis əvəzinə dizaynla məşğul olmalıyam?", - deyə Pavlyuçenkova görünüşü ilə bağlı təəccüblənənlərə açıqlama verib.