Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Ermənistan-Azərbaycan danışıqlarının gedişi və mümkün sülh sazişinin imzalanması məsələsini müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

BƏƏ prezidenti Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin təsdiqini alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib. Paşinyan öz növbəsində BƏƏ-nin regional sabitliyin təşviqində və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində rolunu qeyd edib.

Bundan əlavə, tərəflər Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsünə, eləcə də BƏƏ-nin regional sabitliyin və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsindəki roluna toxunublar.