Xorvatiya millisinin futbolçusu Borna Sosa karyerasını İngiltərədə davam etdirəcək.

"Unikal" xəbər verir ki, 27 yaşlı müdafiəçi “Kristal Pelas”a keçib. Onunla 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

Futbolçu son olaraq Niderlandın “Ayaks” komandasında çıxış edib.