Gəncədə bıçaqlanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.

 Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. 

"Bu gün saat 13:00 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub. 

***13:23

Gəncədə yeniyetmə oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon adlanan ərazidə qeydə alınıb.

2011-ci il təvəllüdlü M.Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov