Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. İyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

"Unikal" xəbər verir ki, daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.