Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni komandası bəlli olub.

"Unikal" xəbər verir ki, Monteneqro millisinin üzvü Xorvatiyanın “Lokomotiva” klubuna keçib.

34 yaşlı oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi.