Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib.
Deyilib ki, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 92,8 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 232, görülmüş operativ cavab tədbirləri ilə 2196 cinayət açılıb, 4344 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7 faizi tutulub, 3378 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.