Bu gün Rusiya Federasiyasındakı xarici agentlər siyahısına daxil edilən rusiyalı politoloq Sergey Markov açıqlama verib.
"Unikal" xəbər verir ki, politoloq bu barədə məlumatlı olmadığını və bunun təxribat olduğuna ümid etdiyini bildirib.
"Hələ heç nə bilmirəm və ya başa düşmürəm, heç kim mənə heç nə deməyib. Ümid edirəm ki, bütün bunlar təxribat və dezinformasiyadır. Əgər belədirsə, qərara etiraz edəcəyəm", - Markov deyib.
Politoloq bunun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə baş verə biləcəyini də ehtimal edib. Markov həmçinin bildirib ki, o, prezident Vladimir Putinin siyasətini də açıq şəkildə dəstəkləyir.
Ağarza Elçinoğlu