Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndi ərazisində qeydə alınıb. Qılıncbəyli kənd sakini 2002-ci il təvəllüflü R.Abdullayev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Qaracəmirli sakini olan 1956-cı il təvəllüdlü Ş.Məmmədovu vurub. Piyada hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov