Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili vəsatətlə çixiş edərək müvəkkilinin məhkəmə iclasları zamanı onunla yanaşı ətləşməyini istəyib.

Məhkəmə müşavirədən sonra vəkilib vəsatətini təmin edərək Azər Qasimlinın məhkəmə iclaslari zamani vəkilinin yaninda əyləşməklə prosesdə iştirak etməsi ilə bağlı qərarı elan edib 

Bundan sonra dövlət ittihamçısı Valeh Ələkbərov Azər Qasimliya ittiham aktini elan edib.

Hakim elan edilmiş ittiham aktına görə təqsirləndirilənin 10 ildən 15 ilə dək azadlıqdan məhrum edilə biləcəyini proses iştirakçılarinın diqqətinə catdırıb.

Təqsirləndirilən Azər Qasimli isə ittihama görə özünü nəinki təqsirli bilməyib,sözügedən cinayət işində o özünü zərərçəkən kimi qiymətləndirərək ittihama etirazını bildirib.
Növbəti proses zərərçəkənin ifadəsi ilə iyulun 30 -na dək təxirə salınıb 

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Seymur Əli