Kreml KTMT-dən mümkün çıxmaq və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərməsi ilə bağlı bəyanatlar fonunda Ermənistanın xarici siyasətini “çoxvektorlu” hesab edir.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş nazir Nikol Paşinyanın sözlərini şərh edərkən bildirib.

"KTMT-də statusla bağlı qərar Ermənistanın suveren məsələsidir. Amma eyni zamanda, onlar ŞƏT-də maraqlıdırlar. Yəni, onlara göründüyü kimi, çoxvektorlu siyasət yürüdürlər", - Peskov bildirib.

O, Rusiyanın İrəvanla həm ikitərəfli formatda, həm də beynəlxalq birliklər çərçivəsində maksimum qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu vurğulayıb.