BMT Təhlükəsizlik Şurasının Suriya böhranı ilə bağlı fövqəladə iclasının başa çatmasından və İsrailin bu ölkəyə hücumlarının dərhal dayandırılmasına dair qlobal konsensusdan bir neçə saat sonra toqquşmaların hələ də qarşısının alınmadığı bildirilir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Sveyda əyalətində druz və bədəvi qrupları arasında toqquşmalarda azı 594 nəfər həlak olub. Ölənlərin əhəmiyyətli bir hissəsi mülki şəxslərdir.
Öldürülənlərin 300-ü druz qruplarından, 250-dən çoxu isə Suriya hökumət qüvvələrindəndir.
Ağarza Elçinoğlu