Seçki ilində Qarabağ
11:24 11-09-2013
İQTİSADİYYAT
Seçki ilində Qarabağ
"Atlas" Araşdırmalar Mərkəzi Suriya ətarında baş verən son proseslərlə bağlı analitik yazı hazırlayıb. Həmin yazını təqdim edirik:
2013-cü il başlayandan bu yana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nə bir addım atılıb, nə prezidentlər görüşüb, nə də ki, 3 həmsədrdən (ABŞ, Fransa və Rusiya) hər hansı biri hansısa təkliflə (ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubda da münaqişənin həllini sürətləndirəcək ifadə yoxdur) və ya vasitəçilik təşəbbüsüylə çıxış edib. Vəziyyətin belə olacağı gözlənilən idi.
Birincisi, həmsədrlər artıq yeni heç nə təklif etmək durumunda deyillər. Bu da anlaşılandır. Çünki, həmsədrlər son 15 ildə tərəflərə nə mümkündürsə təklif ediblər, bundan artığını təklif etmək onların imkanı xaricindədir. Həmsədrlərin təkliflər limiti bitib. Vasitəçilərin sonuncu təklifi Madrid Planıdır. Bu plan isə özündən əvvəlki planların kombinasiyası əsasında hazırlanıb. Ancaq həmsədrlər Madrid Planını da qarşıduran tərəflərə qəbul etdirə bilmirlər. Digər tərəfdən həmsədrlərin kiməsə zorla plan qəbul etdirmək istəyi və səlahiyyəti yoxdur. Odur ki, həmsədrlərin vasitəçiliyində irəliləyiş yoxdur.
İkincisi, 2013 seçki ilidir. Fevralda Ermənistanda prezident seçkisi keçirildi, oktyabrda isə Azərbaycanda seçki olacaq. Seçki ili siyasətçilərin həm enerjisini alır, həm də cəmiyyətdə başlıca mövzuya çevrilir. Azərbaycan mediasının son 5-6 ayının monitorinqi aparılsa, prezident seçkisinin bütün digər mövzuları üstələdiyi ortaya çıxar. Jurnalistlər əvvəlki kimi Qarabağ mövzusuna maraq göstərmirlər. Azərbaycanda prezident seçkisindən sonra da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin sürətlənəcəyini ehtimal etmək çətindir. Azərbaycan və Ermənistan prezidentlərin ikitərəfli görüş və təmaslara da marağı yoxdur.
Belə şəraitdə Ermənistan və Azərbaycan hakimiyyətləri fərqli strategiyalardan çıxış edirlər.
Yerevan status-kvonun qalmasında maraqlıdır. Danışıqlar ətrafındakı bütün manevrləri də bu siyasətlərinə xidmət edir. Yəni, əgər Ermənistan münaqişənin həlliylə bağlı danışıqlar prosesini öz xeyirlərinə dəyişə bilmirsə, onda heç olmazsa danışıqları uzatmağa çalışır. Yerevan bu istəyini hələ ki, uğurla həyata keçirir. Əks halda vasitəçilər danışıqları uzatdığına və masa üzərindəki planı qəbul etmədiyinə görə Yerevana təzyiq etməliydilər. Belə bir təzyiq isə yoxdur.
Azərbaycan hakimiyyətinin siyasətində isə mühüm dəyişiklik baş verib. Rəsmi Bakı əvvəlki illərdə böyük dövlətlərin Ermənistana təzyiq edəcəyini düşünürdü. Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın keçmiş dövlət başçısı Dmitri Medvedevin vasitəçiliyinə müəyyən qədər ümidi var idi. Ancaq Medvedevin 3 illik vasitəçiliyi də nəticə vermədi. Bundan sonra isə rəsmi Bakı başda Rusiya olmaqla heç bir dövlətin Ermənistana təzyiq etməyəcəyini anladı. lham Əliyev danışıqlar yoluyla problemin həll olunmayacağı qənaətinə gəlib.
Buna baxmayaraq, rəsmi Bakı müharibəyə başlamağı da risq etmir. Bu müharibədə hansı ölkənin necə davranacağı və bölgədə qüvvələr nisbətinin necə dəyişəcəyi Bakıya bəlli deyil. Belə olan halda Azərbaycan hakimiyyəti yeganə yolu seçib - Ermənistanın blokadasını və bu ölkənin bütün regional layihələrdən təcrid siyasətini gücləndirmək, o cümlədən silah alışını genişləndirmək.
Mehdi
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40