Kiyev Moskvaya münaqişənin həlli və qaldırılan məsələlərin həlli üçün yeni danışıqlar aparmağı təklif edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" səhifəsində yazıb. 

Onun sözlərinə görə, hazırda daha bir məhbus mübadiləsi ilə bağlı Rusiya tərəfi ilə dialoq aparılır. Həmçinin, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Moskvaya danışıqların növbəti mərhələsini gələn həftəyə planlaşdırmağı təklif edib.

Zelenski qeyd edib ki, danışıqların dinamikası tədricən artmalıdır: "Biz atəşkəsə nail olmaq üçün hər şeyi etməliyik". 

Siyasətçi onu da əlavə edib ki, Ukrayna və Rusiya liderləri səviyyəsində görüşün keçirilməsi zəruridir. 

Ağarza Elçinoğlu