Banqladeş Hərbi Hava Qüvvələrinə aid F-7 BGI təlim təyyarəsinin ölkənin paytaxtında kollec şəhərciyində qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Associated Press yazıb.
Qəza nəticəsində uşaqlar da daxil olmaqla 50-dən çox insan yaralanıb.
Təyyarə Banqladeşin paytaxtı Dəkkə şəhərinin şimalında qəzaya uğrayıb.
***14:07
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Dəkkədə məktəb şəhərciyinə düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı bir nəfər ölüb, əksəriyyəti tələbələrdən olan 13 nəfər yaralanıb.
Banqladeş Ordusu qəzaya uğrayan təyyarənin F-7 BGI olduğunu açıqlayıb.
Gülayə Mecid