İyulun 21-də Tbilisiyə iki günlük işgüzar səfəri çərçivəsində Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşüb.

"Unikal" xəbər verir ki, Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze iştirak edib.

Tərəflər Cənubi Qafqazda sabit sülhün müstəsna əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə Gürcüstanın baş naziri Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üzrə danışıqların başa çatmasını müsbət qiymətləndirib və onun yaxın gələcəkdə imzalanacağına ümid etdiyini bildirib.

İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda sülh və sabitliyi təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib.