Rusiya və Ukrayna liderləri arasında şəxsi görüş yalnız sülh sazişi işlənib hazırlandıqdan sonra məna kəsb edəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Belə bir görüşün baş tutması üçün ilk növbədə müqavilənin şərtlərini hazırlamaq və bu görüşdə nəyi müzakirə edəcəyini anlamaq lazımdır. Əslində bu görüşdə müqaviləni müzakirə etmək yox, ona son qoymaq üçün imzalamaq lazımdır", - deyə Medinski qeyd edib.
Bundan əvvəl Ukrayna nümayəndə heyəti bu il avqustun sonuna qədər Putin və Zelenski arasında görüş təşkil etməyi təklif etmişdi.