Rusiya Ukraynaya onlayn işləmək üçün üç işçi qrupu yaratmağı təklif edib.

"Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə danışıqların üçüncü raundunun yekunlarına dair məlumat verib.

"Biz bu dəfə Ukrayna tərəfinə nə təklif etdik? Vergi ödəyicilərinin vaxtına və puluna qənaət etmək üçün nümayəndə heyətimizin tərkibində onlayn rejimdə işləyəcək üç işçi qrupu formalaşdırılmalıdır", - o vurğulayıb.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, bunlar siyasi məsələlər, humanitar məsələlər üzrə işçi qrupları və hərbi idarələrin müvafiq mütəxəssislərindən ibarət hərbi məsələlər üzrə işçi qrupları olacaq.

Medinski qeyd edib ki, Ukrayna tərəfi bu təklifi nəzərdən keçirmək niyyətindədir.