Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 108 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib.