"Rusiya və Ukrayna tərəfləri arasında danışıqlar yalnız ABŞ prezidenti Donald Trampın təşəbbüsü sayəsində baş verir".

"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.

"Rusiya və Ukrayna prezident Trampın rəhbərliyi sayəsində illərdən bəri ilk dəfə birbaşa danışıqlar aparır", - Kelli ifadə edib. 

Xatırladaq ki, ötən gün İstanbulda Rusiya-Ukrayna arasında üçüncü raundun görüşü baş tutub. 

Gülayə Mecid