"Qəzanın ilkin səbəbi pis hava şəraiti ilə əlaqədar zəif görmə səbəbindən pilotun səhvi ola bilər".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat dərc edib.
Bildirilir ki, An-24-ün komandiri, irkutskdan olan 61 yaşlı Vyaçeslav Loqvinov olub. İkinci pilot isə Kirill Plaksindir.
Enişi kimin həyata keçirdiyi hələlik məlum deyil. Araşdırmalar davam edir.
Xatırladaq ki, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olan 49 nəfərin hamısı ölüb.
Gülayə Mecid