Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
"Unikal" xəbər verir ki, danışıqlar Altaydakı "Manjerok" bütün mövsümlük kurortun ərazisində aparılıb.
Görüşdə Mişustin və Paşinyanla yanaşı, iki ölkənin nümayəndə heyətləri də iştirak edir.
Xatırladaq ki, Paşinyan iyulun 24-də Rusiyaya iki günlük səfərə gəlib.