Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşmasına nail olmağa ümid edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Azərbaycanda olan Rusiya vətəndaşlarının azad edilməsi bu prosesə töhfə verəcək: "İndi Azərbaycanla ikitərəfli münasibətlərdə, həqiqətən, yumşaq desək, çətin mərhələdir. Rusiya bu prosesi sürükləməməyə çalışır. Biz tezliklə nizamlanmaya ümid edirik. Bu yolda mühüm addım Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi olacaq".
O, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə mesaj göndərərək Rusiya vətəndaşlarının və jurnalistlərin dərhal azad edilməsini tələb etdiyini açıqlayıb: "Biz bu məsələ ilə bağlı, o cümlədən hüquq-mühafizə orqanları ilə bağlı Azərbaycan tərəfi ilə əlaqələrimizi davam etdirəcəyik".
Ağarza Elçinoğlu