Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev Gürcüstan Milli Elmlər Akademiyasının 23iyul 2025-ci il tarixli qərarı ilə xarici üzvü seçilib.
"Unikal" xəbər verir ki, dünya şöhrətli riyaziyyatçı alim A.Hacıyev bu ada Azərbaycan və Gürcüstan elmi əlaqələrinin inkişafındakı müstəsna xidmətlərinə, riyaziyyat elminin inkişafına bəxş etdiyi mühüm töhfələrə görəlayiq görülüb. Üzvlük diplomu elmi qurumun genişləndirilmiş iclasında təqdim olunacaq.
Qeyd edək ki, A.Hacıyev 2005-ci ildə Ümumdünya Elmlər Akademiyasının, 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının, 2016-cı ildə Moldova Elmlər Akademiyasının və 2011-ci ildə Çinin Çenqdu Universitetinin Fəxri professoru, 1988-ci ildə Bernulli adına Ehtimal və Riyazi Statistika Ümumdünya Cəmiyyətinin, 2005-ci ildə isə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilib.