Ukraynada "Səs" partiyasından olan xalq deputatı Yaroslav Rusçişin yol qəzasında həyatını itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib.

Qeyd olunur ki, deputat “Harley-Davidson” markalı motosikleti ilə idarəetməni itirib və bu zaman eyni istiqamətdə hərəkət edən traktorla toqquşub. O, tibb müəssisəsinə aparılarkən dünyasını dəyişib.

Gülayə Mecid