Türkiyənin Diyarbəkir vilayətində neft quyusunda partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.

Bildirilir ki, baş verən partlayış nəticəsində ikisi ağır olmaqla 7 işçi yaralanıb. Alov yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.