İstanbulda 12 günlük İran-İsrail müharibəsinin bitməsindən sonra İran və Aİ3 (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların ilk raundu başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" nəşri məlumat dərc edib.
Nəşrin məlumatına görə, Avropa nümayəndə heyəti artıq İran konsulluğunun binasına gəlib. İslam Respublikasını xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edir.