ABŞ-nin Texas A&M Universitetinin alimləri maraqlı bir müşahidə aparıblar: stress və qeyri-müəyyənlik zamanı insanların şirniyyat, yağlı və unlu yeməklərə olan həvəsi artır.  Bu, sadəcə vərdiş deyil, əslində psixoloji qorxunun xüsusilə də qeyri-müəyyənliyin təzahürüdür.

"Unikal" xəbər verir ki, bununla bağlı  alimlər 142 tələbənin üzərində tədqiqat aparıb.   

Alimlər düşünür ki, qeyri-müəyyənlik zamanı insan orqanizmi instinktiv olaraq enerji ehtiyatı toplamağa çalışır. Bu davranış forması çox güman ki, insanın təkamülü prosesində yaranıb və bu günə qədər qorunub saxlanılıb. Məhz bu səbəbdən, fiziki ehtiyac olmasa belə, stress altında olan insanlar tez-tez yüksək kalorili qidalara meyl edirlər.