Serbiya prezidenti Aleksandr Vuçiç tanınmış rejissor Emir Kusturitsanı dövlət çevrilişi hazırlamaqda ittiham edib.
"Unikal" xəbər verir ki, Vuçiçin iddialarına görə, Kusturitsa digər müxalifət nümayəndələri ilə birlikdə onun istefasına nail olmaq istəyir, halbuki onların ümumi siyasi proqramı və xalqın nəyə ehtiyacı olduğunu başa düşmək olmur.
"Heç bir fərq yoxdur, ortaq hədəf var - bu Vuçiçdir, onu devirməlidirlər və bu onların proqramıdır. Başqa proqram yoxdur", - deyə Serbiya lideri bildirib.
Bundan əvvəl rejissor Serbiyada siyasi etirazların iştirakçılarının saxlanmasını pisləyib. bundan sonra vergi xidməti mütəmadi olaraq Kusturitsa festivallarına ev sahibliyi edən “Viskonti” restoranını bağlayıb.