Pekində yağan güclü yağış torpaq sürüşmələri və daşqınlara səbəb olub, azı 35 nəfər ölüb, 80 mindən çox insan təxliyə olunmağa məcbur olub.
"Unikal" xəbər verir ki, bu barədə Çinin dövlət xəbər agentliyi "Sinxua" məlumat yayıb.
Agentlik daşqın və sürüşmə zamanı yolların və kommunikasiya infrastrukturunun zədələndiyini, gecə ərzində 130-dan çox kənddə elektrik enerjisinin kəsildiyini bildirib.
Çin prezidenti Si Cinpin Pekin, Hebei, Jilin və Shandong bölgələrində "ağır itkilər" olduğunu bildirib və axtarış-xilasetmə işləri üçün bütün resurslardan istifadə edilməsini əmr edib.