ABŞ prezidenti Donald Tramp həyat yoldaşı və birinci xanımı Melaniyanın Rusiya lideri Vladimir Putinə münasibətini açıqlayıb.

"Unikal" xəbər verir ki, Amerika lideri həyat yoldaşının Rusiya prezidentinə rəğbətindən danışıb: “Biz Putini tanıyırıq və o, Melaniyanın xoşuna gəlir”.

Eyni zamanda ABŞ prezidentinin özü də bildirib ki, həyat yoldaşı Melaniya Ukrayna münaqişəsi məsələsində bitərəfdir.