Hacıbala Abutalıbova uşaq bağçaları ilə bağlı şok xəbər
13:26 13-09-2013
İQTİSADİYYAT
Hacıbala Abutalıbova uşaq bağçaları ilə bağlı şok xəbər
“Unikal”ın yazdığı daha bir xəbər təsdiqləndi
Azərbaycanda fəaliyyət göstərən uşaq bağcaları yenidən Təhsil Nazirliyinin balansına veriləcək. “Olaylar”a daxil olan məlumata görə, artıq müvafiq orqanlar tərəfindən məsələ ilə bağlı məsləhətləşmələr aparılır.
Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov da uşaq bağçalarının rəhbərlik etdiyi qurumun balansına qaytarılması üçün müraciət edib. Buna səbəb kimi, nazirliyin uşaq bağçalarının idarə edilməsində, eləcə də bağçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyyə işinin təşkil edilməsində kifayət qədər təcrübəsinin olması göstərilir. Bildirilir ki, əgər uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə
hazırlıq prosesini həyata keçirsə, nədən həmin müəssisələr Təhsil Nazirliyinin nəzdində olmasın?
Xatırladaq ki, əvvəllər də uşaq bağçaları Təhsil Nazirliyinin nəzdində olub, sonradan isə həmin bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.
Qeyd edək ki, bu haqda ilk dəfə “Unikal” məlumat yayıb. Qəzetimiz hələ may ayının sonlarında özünün etibarlı mənbələrinə istinadən yeni təhsil naziri təyinatından sonra uşaq bağçalarının Hacıbala Abutalıbovun nəzarətindən çıxarılacağını yazmışdı. Bildirmişdik ki, Hacıbala Abutalıbov uşaq bağçalarının onun nəzarətinə verildiyi ilk günlərdə populist vədlərlə çıxış etdi, problemlərin qısa vaxtda yoluna qoyulacağını bildirdi. Bu da müəyyən ümidlər yaratmışdı. Amma son vaxtlar gələn xəbərlər Hacıbala Abutalıbovun valideynlərdə yaranan ümidləri doğrultmadığını deməyə əsas verir. Məsələn, məlumatlar var ki, paytaxt meri Bakıda bir çox bağça müdirlərinə yeni qaydalarla işləməyi tövsiyyə edib. İddia olunur ki, uşaqlarını bağçalara qoymaq istəyən valideynlərdən rüşvət alma faktları da, alınan rüşvətin məbləği də kəskin artıb. Bundan başqa, valideynlərdən bağçadan arayış almaq üçün müdirəyə "görüm-baxım" eləmək tələb edilir. Həmçinin bağçalarda uşaqların sayı şişirdilir və onlara ayrılan qida məhsulları, invertarlar mənimsənilir. Hətta imkanlı valideyinlərin övladları bağçalara getməsələr də, onların adları siyahıda olur. Həmin valideyin də bunu pulun hesabına edir. Bağça müdirələrinin yığdıqları pulları təkbaşına "yedikləri" əlbəttə,
inandırıcı deyil, ona görə də diqqət istər-istəməz Hacıbala Abutalıbova yönəlir. Çünki belə fikirlər var ki, məlum qaydalarla işləməyən bağça müdirləri merin qəzəbinə gəlirlər.
İstənilən halda, uşaq bağçalarındakı vəziyyətlə bağlı ürəkaçan xəbərlər gəlmir, valideyinlərin şikayəti, müdirələrin soyğunçuluğu inanılmaz həddə çatıb. Bu isə uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılması və paytaxt rəhbərliyinin nəzarətinə verilməsi ilə onlarla bağlı yaranmış anormal durumun aradan qalxacağına dair ümidlərin dəfn edilməsi vaxtının çatdığını göstərir.
İndi isə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılması məsələsinin gündəmə gəlməsi yazdıqlarımızın doğruluğunu təsdiqləməklə yanaşı, artıq yuxarı dairələrdə də eyni fikrin hakim olduğunu söyləməyə əsas yaradır. Və belə bir proqnozla çıxış etmək imkanı verir ki, çox keçmədən uşaq bağçaları Abutalıbovdan alınacaq. Bu isə paytaxt meri üçün külli miqdarda dövlət vəsaitləri üzərində nəzarətin onun əlindən çıxması və səlahiyyət itkisi kimi başa düşülməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40