"Azərbaycan bizim xalqımızdır, doğmalarımızdır!"
"Unikal" xəbər verir ki, bu fikri İran prezidenti Məsud Pezeşkian deyib.
O, Zəncan vilayətinə səfəri zamanı Azərbaycan Respublikasına qarşı keçmiş yanaşmaları tənqid edib və vurğulayıb ki, Tehran bu ölkə ilə dostluq əlaqələrinin qurulmasında liderlik etməlidir: "Bəziləri Azərbaycanın İranın düşməni olduğunu deyirdilər, amma bu belə deyil, Azərbaycan bizim qohumumuzdur.
Necə olur ki, İsrail Azərbaycanla münasibət qura bilir, amma biz edə bilmirik? Görməliyik ki, problem haradadır ki, sərhədin o tayındakı qardaş və bacılarımızla sağlam və mehriban münasibətlər qura bilməmişik. Günahkar Azərbaycan yox, bizik".
Ağarza Elçinoğlu
"Necə olur ki, biz Azərbaycanla ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Ünsiyyət qurulmayıbsa, günah bizdədir" - bunu İran prezidenti @drpezeshkian deyib.
— Unikal.az (@UnikalOrgPortal) July 31, 2025
پزشکیان: آذربایجان قوم و خویش ماست! / چطور است که ما نمیتوانیم ارتباط برقرار کنیم اما اسرائیل میتواند؟ pic.twitter.com/C53T9wxVMe